AZ EN RU
 
 
Xəbərlər

Mart'05

Qahirə ilə ticarət əlaqələri qurulmuşdur; hazırda Misir bazarı NJT2000 firmasının məhsulları üçün açıqdır (nümayəndəliklərə istina)

Mart'05

Diametri 250 mm-ə qədər olan kanalizasiya fitinqlərinn injeksiyası üçün əlavə qəliblər alınmışdır (ətraflı: kanalizasiya fitinqlərinn injeksiyası üçün əlavə qəliblər alınmışdır. Qəliblərin ümumi sayı 108-dir. Müəssisədə istehsal olunan fitinqlərin çeşidi xeyli genişləndirilmişdir).

Fevral'05

Müəssisəmiz Xəzər İnteqrasiya Biznes klubunun üzvü olmuşdur (ətraflı: biznesdə əldə etdiyi uğurlar və bölgə iqtisadiyyatının inkişafında göstərdiyi xidmətlərə görə 10 fevral 2005-ci ildə NJT2000 firmasının prezidenti prof. Təyyar Şükürov Xəzər İnteqrasiya Biznes Klubunun təsis etdiyi və CİBC təşkilatında firmanın tam üzvlüyünü təsdiq edən sertifikata layiq görülmüşdür).

Fevral'05

Keyfiyyət menecmenti sisteminə görə NJT2000 firması İSO 9001:2000 sertifikatına layiq görülmüşdür (istina: İSO).

Fevral'05

Məhsullarımızın Orta Asiyaya fəal şəkildə təchiz olunması nəticəsində Özbəkistanda firmanın ticarət nümayəndəliyini açmaq mümkün olmuşdur (istina: nümayəndəliklər)

Yanvar'05

NJT2000 firmasının kollektivi «İstehsalat» nominasiyası üzrə «UĞUR» mükafatına layiq görülmüşdür (ətraflı: 30 yanvar 2005-ci il tarixdə Consulting & Business Magazine tərəfindən təsis edilən «Uğur» mükafatının təqdim olunma mərasimi keçirilirdi. NJT2000 firmasının kollektivi «İstehsalat» nominasiyası üzrə bu mükafata layiq görülmüşdür).

Dekabr'04

NJT2000 firmasının kollektivi «İntellekt» mükafatına layiq görülmüşdür (ətraflı: 21 dekabr 2004-cü il tarixdə ITMagazine və AzPMA tərəfindən təsis edilən «İntellekt» mükafatının təqdimetmə mərasimi keçirilmişdir. NJT2000 firmasının kollektivi sənaye inkişafı sahəsində ən uğurlu layihəyə görə mükafat almışdır).

Xəbərlər arxivi

Avqust'04

Müəssisə pendirin saxlanması və daşınması üçün qabın istehsalına başlamışdır (ətraflı: yeni 20 kq-lıq qab pendirin saxlanması və daşınması üçün istifadə olunur. Germetik qapaq, rahat forma və gigiyenik göstəricilər bu məhsulu pendirtutan və onların dilerləri üçün əvəzolunmaz edir, qab həmçinin marinad və şorabaların hazırlanması üçün də rahatdır).

İyul'04

Elektrik sayğac qutusu və elektrik naqillər üçün aksessuarların istehsalı üçün injeksiya xətti işə salınmışdır (ətraflı: sürətlə inkişaf edən plastik məmulatlar bazarında yaranan vəziyyəti diqqətlə izləyən NJT2000 firması birfazalı elektrosayğac qutusu və elektrik naqillər üçün aksessuarların istehsalına başlamışdır. Bu növ məhsulların istehsalı üçün xammal kimi PE, PVX və PS materialları istifadə olunur).

İyun'04

İndi müasir stadion oturacaqları Azərbaycanda da istehsal olunur (ətraflı: zavodumuzda PPRC əsaslı plastik stadion oturacaqlarının istehsalına başlanmışdır. Yanmaya davamlı olan bu oturacaqlar FİFA və UEFA standartlarına uyğundur, geniş rəng çeşidində təqdim olunur).

May'04

Zavodda buraxılan boruların çeşidi genişləndirilmişdir: indi həmçinin kabellərin salınması üçün də borular istehsal olunmaqdadır (ətraflı: zavodumuzda 32, 50 və 110 mm diametri olan PVX əsaslı borular istehsal olunur, bu borular tikintidə geniş istifadə olunur).

Yanvar'04

Diametri 400 mm-ə qədər olan PVX boruların istehsalına başlanmışdır (ətraflı: NJT2000 firmasının zavodunda istehsal olunan boruların diametri 400 mm-ə çatdırılmışdır. Bu, diametri 200, 315, 355 və 400 mm olan boruların ekstruziyası üçün yeni xəttin işə salınması nəticəsində mümkün olmuşdur; xətt Almaniyanın Weber firması tərəfindən təchiz olunmuşdur).

Mart'05

Qahirə ilə ticarət əlaqələri qurulmuşdur; hazırda Misir bazarı NJT2000 firmasının məhsulları üçün açıqdır

Mart'05

Diametri 250 mm-ə qədər olan kanalizasiya fitinqlərinn injeksiyası üçün əlavə qəliblər alınmışdır (ətraflı: kanalizasiya fitinqlərinn injeksiyası üçün əlavə qəliblər alınmışdır. Qəliblərin ümumi sayı 108-dir. Müəssisədə istehsal olunan fitinqlərin çeşidi xeyli genişləndirilmişdir).

arxiv...

 
NJT Group
All rights reserved © 2008
Azərbaycan, Bakı şəh., AZ1030, Babək pr., 43a
Tel .: +994 (12) 447 26 46 / 447 52 72 / 447 52 73
Faks: +994 (12) 447 26 47
E-mail: office@njt2000.com
Site by DreamArt ® 2008